Eldar Əzizovun oğlu ilə bağlı müdhiş iddialar

Eldar Əzizovun oğlu ilə bağlı müdhiş iddialar
Dövlət Reklam Agentliyinin fəaliyyət istiqamətləri üzrə ictimai iştirakçılığın genişləndirilməsi məqsədilə yaradılması nəzərdə tutulan İctimai Şuraya keçirilən seçkilər baş tutmayıb.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə 7 nəfərdən ibarət olacaq İctimai Şuraya seçilmək üçün heç bir namizəd yetərli səs toplamayıb və bu səbəbdən təkrar seçki keçirilməsinə qərar verilib.
Məlumat üçün bildirək ki, İctimai Şuraya namizədlərdən biri də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğlu Şamil Əzizov olub.
Qeyd edək ki, hazırda QHT sektorunda ictimai fəaliyyətlə məşğul olan Şamil Əzizovun adı geniş biznes fəalliyyətində də keçir.
Bildirilir ki, Eldar Əzizovun oğlu bu yaxınlarda vəfat edən sabiq Gənclər və İdman naziri Azad Rəhimovun nəzarətində olan şirkətlərlə ortaq olub. Belə ki, Şamil Əzizovun qanuni təmsilçi olduğu “Zebra-İD” MMC Azad Rəhimova bağlılığı ilə bilən “İtalDizayn” QSC ilə ortaq olub.
Onu da bildirək ki, hazırda Şamil Əzizovun qanuni təmsilçi (direktor) olduğu 4 şirkət - “Günəş-2” MMC, “Zebra-İD” MMC, “Green Tour” MMC və “Greenfin Food And Baverage” MMC fəaliyyətdədir.
1984-cü ildə anadan olduğu bildirilən Şamil Əzizov özünün sosial şəbəkə hesabında Kiyevdə ali təhsil aldığını yazır.
Eyni zamanda Şamil Əzizovun 2016-cı ildə Dövlət İqtisad Universitetində “İdxal-ixrac əmələliyyatlarına valyuta nəzarətinin təkmilləşdirilməsi problemləri” mövzusunda fəlsəfə doktoru adı almaq üçün namizədlik dissertasiyasını müdafiə etdiyi, elmi rəhbərinin isə Şəmsəddin Hacıyev olduğu bildirilir. Qeyd edək ki, sabiq millət vəkili Şəmsəddin Hacıyev 2004-2014-cü illərdə Dövlət İqtisad Universitetinin rektoru, sonrakı illərdə isə Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri olub. Şamil Əzizovun 2019-cu ildə ödənişsiz olaraq “Dünya iqtisadiyyatı” ixtisası üzrə UNEC-in doktoranturasına qəbul olunduğu da açıqlanan məlumatlar arasında yer alıb.
Şamil Əzizovun həyat yoldaşı Banuçiçək Əzizovanın isə vaxtı ilə qayınatası Eldar Əzizovun İcra başçısı olduğu Səbail rayonunda yerləşən 157 nömrəli uşaq bağçasında müdir olduğu qeyd olunur.
Onu da bildirək ki, Eldar Əzizovun kürəkəni olduğu bildirilən Anar Tağıyev isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Anar Tağıyev daha əvvəl Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.

Eldar Əzizovun oğlu ilə bağlı müdhiş iddialar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2086 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...