Şənbə      15 mart 2025     02:53:55  

AzTv sədrinə sual - hanı 33 milyon manat?

AzTv sədrinə sual -

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) “Ağ və qara” verilişinin aparıcısı olmuş aktyor Kamran Ağabalayev dövlət televiziya kanalını tənqid edib.

Azadinfo.az xəbər verir ki, aparıcı-aktyor verilişlərin səviyyəsindən, HD formatına keçidin natamam olmasından və verilişlərin effektiv hazırlanmamasından narazılığını bildirib.

“33 milyon büdcə ilə 3300 manatlıq səviyyə, görüntü, kontent, strategiya... Bu büdcə ilə 1933-cü illərin verilişləri “copy paste” edilir. HD formatına keçilibsə, niyə kameralar hələ də kassetlə çəkir? Kimi aldadırsınız?”, -deyə K. Ağabalayev yazıb.

Qeyd edək ki, bu ilin aprel ayının əvvəlindən AzTV-də audit yoxlaması aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...