Səfər Mehdiyev gömrüyü geri sürükləyir - SƏBƏB

Səfər Mehdiyev gömrüyü geri sürükləyir  -
Rəsmən etiraf olunur ki, Azərbaycan gömrüyündən büdcəyə daxil olan vəsaitlər azalıb. Lakin səbəbi bəlli deyil. Bütün dünyada pandemiya qadağaları ortadan qalxır. Hava limanları, hətta quru yolları açılır. Dünya iqtisadiyyatında mühim bir canlanma var. Birjalarda ölü nöqtədən tərpəniş meyilləri hiss olunur. Dünya bazarında qadağaların yumşalmasından sonra əsas əmtəə indeksləri yüksəlməyə başlayıb. Neftin qiyməti son 2 ildə enmə zolağından çıxmağa başlayıb. Qiymətlərin yüksələn xətt üzrə artan fazayla dəyişməsi aşkar hiss edilir. Lakin bütün bunların fonunda Azərbaycan gömrüyü geri gedir. Hətta ötən ilin eyni dövrü ilə müqayisədə geriləmə var. Hansı ki, ötən ilin may-iyun ayları bütün dünyada sərt qapanma dövrü idi. İxrac-idxal əməliyyatlarında kəskin azalma müşahidə edilirdi.

İndi isə gəlin Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi rəqəmlərə diqqət edək. Gundeminfo.az xəbər verir ki, 2021-ci ilin may ayında gömrük xətti ilə büdcəyə 347 milyon 635 min manat vəsait daxil olub. Bu, əvvəlki ayın (aprel 2021-ci il) göstəriciləri ilə müqayisədə 6,3 faiz az, ötən ilin may ayı ilə müqayisədə isə 0,2 faiz azdır.May ayı ərzində gömrük rüsumu üzrə 92 milyon 735,3 min manat, ƏDV üzrə 240 milyon 679,2 min manat, aksizlər üzrə 11 milyon 2,7 min manat, yol vergisi üzrə 3 milyon 217,8 min manat vəsait büdcəyə cəlb edilib. İlin yanvar-may ayları ərzində gömrük xətti ilə büdcəyə 1 milyard 662 milyon 21,4 min manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azdır.

Bəziləri düşünür ki, 2 fazilik azalma, hətta aprel ayı ilə müqayisədə may ayında 6.3 faizlik azalma o qədər böyük rəqəm deyil. Hansı ki, əgər biz Dövlət Kömrük Komitəsinin aprel-may və iyun ayları üzrə cari proqnozlarına diqqət etsək bu azalmanın heç də kiçik rəqəm olmadığı ortaya çıxa bilər. Çünki adətən göstərilən dövrlər Azərbaycanda qeyri-neft məhsullarının ixracat dövrüdür. Bu dövrlərdə kənd təsərrüfatı məhsullarının xaricə ixracat dövrü başlayır və adətən gömrük rüsumların yüksəlməsi, büdcə daxilolmalarının artması proqnozlaşdırılır. Eyni zamanda idxal əməliyyatlarında da həm ərzaq, həm də qeyri ərazaq, məsələn avtomobil və avtomobil ehtiyat hissələrinin idxalı da yüksəlir. Bununla yanaşı yüngül sənaye məhsullarının ixrac və idxalat dövrü, yeni mövsüm üzrə geyim bazarında da canlanma müşahidə edilir.

Bəs o zaman sual ortaya çıxır, niyə Səfər Mehdiyev büdcə daxilolmalarının azaldığına dair ictimayyətə arayış vermir? Problem nədən qaynaqlanır?

Gundeminfo.az-a daxil olan məlumata əsasən Səfər Mehdiyev cari ilin əvvəlindən etibarən DGK-nin fəaliyyətini optimallaşdıra bilmir. Yeni post-pandemiya dövründə hansı formada fəaliyyətin təşkili, müvafiq olaraq yüklərin daşınmasıbıb optimallaşdırılması, gömrük sistemində rüşvət və korrupsiyanın qarşısının alınması ilə bağlı heç bir islahat həyata keçirmir. Ümumiyyətlə saytımıza danışan mənbə iddia edir ki, Səfər Mehdiyev yaxın zamanlarda görəvdən alınacağını düşünür. Onun komitədə yaratdığı həmkəndlilər və dostlar qruplaşması ilə bağlı yerli mediada yayılan informasiyalar da komitə sədrinin sonunu gətirib. Yəni Səfər Mehdiyev etimadı doğrulda bilmir və gömrük sahəsində yeni tələblərə cavab verə biləcək islahatlar apara biləcək iradə nümayiş etdirmir.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...