Deputat 211-ci maddəylə cərimələndi

Ancaq Milli Məclisin deputatı Ramil Həsənov karantin rejiminin tələblərini pozub və qapalı məkanda tibbi maskadan istifadə etməyib. Bununla bağlı deputat İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə cərimələnib. Vəkil Muxtar Mustafayevə isə xəbərdarlıq edilib.
***
DİN Səbail rayon Polis İdarəsi bu gün səhər saatlarında Bakının mərkəzindəki “Four Seasons” otelində baş vermiş insidentlə bağlı araşdırma aparıb. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib ki, araşdırma nəticəsində ictimai qaydanı və ölkədə tətbiq edilmiş “maska rejimini” pozan şəxslər müəyyən edilib.
Söhbət Milli Məclisin deputatı Ramil Həsənovdan, onu müşaiyət edən şəxslərdən və vəkil Muxtar Mustafayevdən gedir. Münaqişənin bütün iştirakçıları və qanunu pozanlar Səbail rayon Polis İdarəsinə dəvət olunublar. E.Zahidov bildirib ki, məsələ ilə bağlı Azərbaycan qanunvericiliyinə uyğun tədbirlər görüləcək. İctimaiyyət araşdırmanın nəticələri barədə məlumatlandırılacaq.
589 dəfə oxundu