AMEA-nın yeni prezidenti o ola bilər

Bizim.Media-ya bu barədə danışan mənbənin sözlərinə görə, əslində son günlər Ramiz Mehdiyevin səhhətində artan narahatlıqlar onun fəaliyyətini daha da əngəlləyib.
Artıq AMEA daxilində Ramiz Mehdiyevin yerinə Arif Həşimovun təyinat alacağı, onun isə istefa ərizəsi yazdığı ilə bağlı söyləntilər başlayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə 2019-ci ilin 23 oktyabrında təyin olunub. Ondan əvvəl isə Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib.
Xatırladaq ki, yaxın günlərdə Milli Məclisin vitse-spikeri Adil Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi istefaya çağırmışdı. Müsahibəsində Ramiz Mehdiyevə ciddi ittihamlar və iddialar səsləndirən Adil Əliyev AMEA-nın indiki vəziyyətinin ürəkağrıdıcı olduğunu qeyd etmişdi.
791 dəfə oxundu