Hər günümüz 2 iyul olsun!

Hər günümüz 2 iyul olsun!

Çiyinlərində ağır bir yük var. Hər üldüzün, hər ayparanın sevgi dolu ağırlığı...

Başındakı papağın üzərində Azərbaycanın dövlət gerbi var. Hüququndan dövlətin vətəndaşı olan hər kəsin hüqüqu üçün keçənlər...

Polis.

Bəzən qəzəblə, bəzən sevgiylə, bəzən küsərək onlar haqqında düşünürük. Onlar dövlətin həm övladını sığallayan sağ əli, həm də qəzəblənən Dövlət Babanın obrazıdır. Birinci Qarabağ savaşında da, ikinci Vətən Savaşında da onlar həm qışın soyuğunda, həm yayın istisində canlarını, ömürlərini ortaya qoyurdular. Şəhid olurdular. Vətənə göz dikənlərin canını aldılar, can verdilər...


Onlar hər birimizin qardaşı, əmisi, dayısı, xalası oğludur. Onlar hamımızın qardaşıdır. Bütün əyər-əksikləri ilə. Ədaləti və bəzən daha az ədalətli olmaları ilə onlar bizdən biridir. 10 milyonluq Azərbaycan Xalqının cəmi 3-5 faizi. Dara düşəndə ilk ağlımıza gələn "102" xidməti. Evimizə oğru girəndə bizə arxa, dayaq olacaq dövlətin keşiyində duran mündirli polis obrazı gəlir ağlımıza. Bəzən ərköyün vətəndaş belə öz kefində damağında olanda POLİS sutkalarla evinə gedə bilmir. Biz evimizdə rahat yatanda belə yenə düşünürük "Yaxşı ki, polislər var".

Üstümüzə şığıyan qoluzorlu, zəngin, harın adamlar, o adamların uşaqlarını cəzalandırmaq gərəkəndə, əlimiz hər yerdən üzüləndə POLİS yadımıza düşür.

Biz onları yalnız POLİS GÜNÜNDƏ xatırlamırıq ki...

23 ildir onalrın günü var. Qızmar günəşin altında bizə yol göstərən, dərisi asfaltın qaynarında qovrulmuş qapqara POLİS. Biz ağ günə çıxaq, günəşli sabahlar olsun deyə onlar var.

Qanunu pozmayan heç kim POLİSDƏN narazı deyil!

23 ildir biz onların gününü qeyd edirik. Onlar isə 364 gün bizim üçün günlərini nə doyunca yuxusunu almadan, nə sevə-sevə övladlarına sarılmadan, nə də çoxumuz kimi azad yaşamadan, öz hüquqlarından keçərək yaşayırlar. Dövlətimizə QULLUQ EDİRLƏR! Bəli məhz QULLUQ EDİRLƏR.

Tam 23 il öncə - 24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Mərhum Ümumilli Lider Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Polis bütün halıyla BİZİMDİR! Şəhid verən, qazi olan, vicdanla işləyən, yanlış yapan, doğru olmayan qərarlar qəbul edən bütün halıyla bizim DÖVLƏTİN görən gözüdür, vuran qoludur. Biz bir XALQIQ və gözümüzün nuru bir DÖVLƏTİMİZ VAR! Onun qolu da, gözü də bizim qolumuz, gözümüz, canımızdan bir parçadır.

Gün MƏNİM POLİSİMİN GÜNÜDÜR! Hər gün bir-birimizə sevgiylə, BİR BİRİMİZƏ DEYİL keşiyində dayandığınız qanunlarımıza baş əyərək günümüzü GÜNƏŞLİ EDƏK! Hər gün Azəraycan POLİSİNİN GÜNÜ OLSUN! Dövlətin keşiyində sevə-sevə dayananların günü olsun!

Razi Abasbəyli



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...