İcra başçısı səkidə bulaq tikdirdi - yarımçıq qaldı

İcra başçısı səkidə bulaq tikdirdi -
Gəncənin icra başçısı Niyazi Bayramovun tikdirmək istədiyi “Zəfər bulağı”nın işi yarımçıq qalıb. TİA.Az-ın xəbərinə görə, buna səbəb bulağın səkinin üstündə tikilməsinə başlanması olub. Gəncə camaatı tərəfindən edilən şikayətlərdən sonra icra başçısı bulağın səki üstündə tikilməsindən vaz keçib. Sakinlər haqlı olaraq soruşublar ki, Gəncədə bir normal yer ayırmaq mümkün deyildimi, bulağı səkidə tikirlər?! Bu narazılıqlardan sonra N. Bayramov fikrindən daşınıb və indiyə qədər bulağın tikintisi üçün yeni ərazi ayrılmayıb.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...