Şəhid polkovnikin adına saxta hesab açıb, pul yığırlar

Şəhid polkovnikin adına saxta hesab açıb, pul yığırlar

Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

Hit.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb. O bildirib ki, saxta səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar.

Qeyd edək ki, Babək Səmidli Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrında minaya düşərək şəhid olub. Babək Səmidli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...