“BNA-nın cərimələrinin həddi-hesabı yoxdur” - Fazil Mustafa

  “BNA-nın cərimələrinin həddi-hesabı yoxdur” -
"Bir sıra məsələlərdə vətəndaşın vəziyyəti nəzərə alınaraq, addımlar atılmalıdır”.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Böyük Quruluş partiyasının başqanı Fazil Mustafa deyib.

O bildirib ki, rüsumlar və cərimələrin miqdarı kəskin formada artmaqdadır: “Artıq bütün vətəndaşların cəriməsi var. Bakı Nəqliyyat Agentliyinin cərimələrinin həddi-hesabı yoxdur. Bu, yol infrastrukturunun düzgün qurulmasının problemidir, cəriməsini isə vətəndaş ödəyir”.

F. Mustafa deyib ki binaların istiliklə təchizatı da bərbad vəziyyətdədir: “Köhnə binaların zirzəmiləri qrunt suları ilə dolub aşır, onu təmizləmirlər. Müddəti bitmiş proqramlara dövlət büdcəsindən vəsait ayrılmamalıdır. Müddət qurtarıbsa, həmin layihələr maliyyələşmədən məhrum edilməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...