ETSN-də islahatlar tərs gedir

Gündəmxəbər.Az azinfo.tv-yə istinadən bildirir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin verdiyi məlumata görə, Sakit Şahmarov bir neçə gün olar ki, bizə müavin vəzifəsinə təyin olunub, amma buna baxmayaraq o, özünü elə aparır ki, guya o, bir neçə ildir ki, burda çalışır və özü də təcrübəli bir məşəçi kimi, biz neçə ilin təcrübəli məşəçiləri isə heç kimik onun yanında.
Sakit Şahmarov qonşu rayonlarda yaşayıb, amma Masallı RMTM-nin Aparatında çalışan işçilərinə bəzilərinə "Sizin yolunuz uzaqdır və sizin üçün çətindir gəlib-getməyə Masallıya, odur ki, işçilərin təqdimatı gedən zaman sizi Aparat işçisi kimi təqdimatınız göndərilməyəcək, odur ki, indidən özünüzə öz yaşadığınız rayonda iş axtarın. İşçiləri yenidən mən götürəcəm işə, burada ali təhsilli və ya kadr olmaq önəmli deil"-deyə bildirib.
Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.
769 dəfə oxundu