Sərhəd xidmətinin baş çavuşu vəfat etdi

Sərhəd xidmətinin baş çavuşu vəfat etdi

Dövlət Sərhəd Xidmətinin baş çavuşu xidmət etdiyi hərbi hissədə vəfat edib.

Gundeminfo.az DSX-nin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, dekabr ayının 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürək tutmasından halı pisləşib.

Onun dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişib. Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırılması üzrə müvafiq tədbirlər həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...