Namik Xıdırov işdən qovuldu

Namik Xıdırov işdən qovuldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı nazir Muxtar Babayev əmr imzalayıb. Məlumatlara görə, Namiq Xıdırov vəzifəsindən ayrılması ilə bağlı özü ərizə yazıb. Onun yerinə hələ ki təyinat yoxdur.

N.Xıdırov məlumatı redaksiyamıza təsdiq edib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovu vəzifəsindən azad edib.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Namiq Xıdırov öz ərizəsi ilə işdən çıxarıldığını deyib:

"Öz ərizəmlə işdən azad olundum. Özüm Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində çalışmaq istəmədim”.

N.Xıdırov dolayısı yolla Lənkəran, İsmayıllı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsinə görə vəzifəsindən azad olunduğunu təsdiqləyib.

Sabiq rəis barəsində Baş prokurorluq və digər hüquq-mühafizə orqanlarında cinayət işinin açılmadığını da deyib:

"Bu barədə məlumat həqiqətə uyğun deyil”.

Qeyd edək ki, virtualorg.az-a daxil olan məlumata görə, Baş prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Lənkəran, İsmayıllı, Masallı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsi olaraq Namiq Xıdırov işdən azad olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...