Şəkmirin yeni və gənc icra başçısından narazılıq

Şəkmirin yeni və gənc icra başçısından narazılıq
Rəşad Tağıyevin idarəetmə acizliyi – Şəmkir sakinlərindən ciddi narazılıq 14 sentyabr 2021-ci il Şəmkir tarixinə qara hərflərlə həkk olunmuş bir tarix kimi qalacağına artıq heç bir Şəmkir sakininin şübhəsi yoxdur. Alimpaşa Məmmədovun uzun müddət Şəmkiri talan etməsi insanların necə səbrini daşırmışdısa, onun həbs olunmasına heç kimin heyifi gəlmədi. Lakin Rəşad Tağıyevin təyinatı necə insanları sevindirmişdisə, ondan çox dərəcədə də məyyus etdi. Rəşad Tağıyev başçı təyin olunan gündən Şəmkir bütün sahələr üzrə ancaq geriləmə yaşamaqdadır. Gundeminfo.az xəbər verir ki. bu barədə araşdırmaçı yazar Bəhlul Orucoğlu məlumat verib.

Jurnalist iddia edir ki, bunu Şəmkir rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsinə baxanda da görmək mümkündür. 10 gündən bir ancaq “xala xətrin qalmasın” paylaşımlarının edilməsi Rəşad Tağıyevin heç bir fəaliyyətlə məşğul olmamasının sübutudur. Özünün fəaliyyətsizliyi bir yana, ətrafına daha da yaxınlaşdırdığı, zamanında Alimpaşa Məmmədova məddahlıq edən Elgün Seyidov, Rasim Mustafayev, Mahir Əliyev, Qüdrət Əliyev, İlqar Quliyev, Aynur Abdullayeva... Görəsən Rəşad Tağıyev həqiqətənmi anlamır ki, bu kadrların fəaliyyətsizliyindən və ya Alimpaşa Məmmədova doğruları söyləyib, yalnış yoldan çəkindirməməsinin nəticəsində onun həbsi üçün zəmin yaratmaqlarını görə bilmir ?! Və ya görmək istəmir ?! Rəşad Tağıyev Prezident ilham Əliyevin çıxışlarını, müsahibələrini izləmirmi görəsən ?! Təyin olunduğu gündən bir neçə şəhid ailəsini ziyarət edərək, şəkillər çəkdirib paylaşdırmaqla işini bitmiş hesab edən Rəşad Tağıyev, şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları ilə ümumiyyətlə ünsiyyətdən qaçır. Əvvəllər cümə günləri vətəndaş qəbulu günləri kimi qeyd olunurdu. Hal hazırda isə ümumiyyətlə vətəndaş qəbul edilmir, İcra Hakimiyyətinin aşağı vəzifələri şəxsləri tərəfindən yumşaq desək “yola verilir”. İşlədiyi 4 ay ərzində Şəmkir rayonu kimi ağır kənd təsərrüfatı rayonunda kabinet başçısı adına layiq olmağı bacarmış Rəşad Tağıyev, ancaq sənəd, kağız küğüzla məşğul olur.

Rayonda aparılan abadlıq işlərinə ümumiyyətlə qarışmayan gənc başçı, dekabr ayında asfalt yamaq etdirdiyi 20 yanvar küçəsini hal hazırda yenidən qazdıraraq kanalizasiya xətləri çəkdirir. Görəsən dekabr ayında asfalt yamaq etdirən zaman, ona ətrafından 1 nəfər də olsa adam deməmişdimi ki, bu küçədə kanalizasiya işləri görülməyib ?! Maraqlıdır deyilmi ?! Rəşad Tağıyevin hər axşam Şəmkirin kafe və restoranlarında uzun müddət keçirməsi, 10 PH 717 nömrəli X 5 markalı avtomobili ilə rayonda gəzintiləri barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. Şəmkir kimi problemi boğazdan yuxarı olan bir rayonun icra başçısının nə qədər zamanı var ki, saat 6 olmamış kafe, restoran, otellərdə zaman keçirməsinə kifayət edir ?! Bizi izləməyə davam edin...
Şəkmirin yeni və gənc icra başçısından narazılıq

Qarşı tərəfiin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...