Rektor hər kəslə dil tapa bilir - "İbrahim müəllim hamıya dərs keçir"

Rektor hər kəslə dil tapa bilir -


Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ADAU-nun “dərsə gəlməyən müəllimlər”i”, “ADAU-da DİM-in nüfuzuna kölgə salanlar”, “Oliqarx rektorun yeni tikdiyi 5-ci villası” və digər başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə qeyd etmişik ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) təkcə elmi-tədris mühitindəki geriləmələri ilə diqqət çəkmir, eləcə də həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. ADAU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək, aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara da qorxmadan imza atırlar.Adıkeçən təhsil ocağının rektoru başda olmaqla, əsabələrinin də etdiklərinin cəzasızlıq mühitində yoğrulmasından ortaya çıxan bir çox eybəcərliklər özünün ölçü meyarlarına görə ölkəmizdə analoqu olmayan rəzaləti yaradır. ADAU-da saxta elmi adların daşınmasından və paylanmasından tutmuş, plagiatlığın başbilənlər tərəfindən normal qarşılanması tədris mühitilə bərabər, digər maddi maxinasiyalar üçün də qızıl açar rolu olub. Universitetdə 80 hektarı əhatə edən tədris-təcrübə təsərrüfatındakı proseslər, pedoqoji-istehsalat təcrübələrinə ayırmalar, illik dövriyyəsi küllü miqdarı aşan tələbə və müəllim həmkarlar təşkilatlarının əlindəki rəqəmlər də kağızlardan-kağıza köçürülür. Yerli Həmkarlar Təşkilatının müstəqilliyi pozulur, büdcəsinin də necə məsrəf edilməsi rektorun şəxsən özünə bəllidir.
2016-cı ildə Hesablama Palatasının ADAU-da keçirdiyi maliyyə yoxlamaları zamanı “ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Maxinasiyanın isə birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verdiyi yazılırdı. Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürüldüyü iddia edilirdi. Bundan başqa Universitetin 4 laboratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da, əmək haqqlarının rektor İ.Cəfərova çatdırıldığı bildirilirdi. Bütün bunlara baxmayaraq bu tədris ili rektor rüşvət müqabilində yenidən 80-ə yaxın təhsilə aid olmayan adamı ADAU-da işlə təmin edibdir. Rüşvətlə işə qəbuldan əldə etdiyi çirkli pullarla isə Göygöl yolunda “Sevimli market”in arxasında tikdirdiyi 5-ci villasını təmir edib və Goran qəsəbəsində yerləşən mebel dükanından bu yaxınlarda 50.000 manata mebel dəstləri al



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...