Qazaxda icra başçısı tezliklə dəyişə bilər
Azərbaycanda oliqarxlaşmış, ən çox sərvəti olan icra başçılarından biri də Qazaxın icra başçısı Rəcəb Babaşovdur. Uzun illər vergi sistemində sabiq nazir Fazil Məmmədovun yaxın dostu olaraq böyük sərvətlərə sahiblənən Babaşov qısa zamanda işsiz qaldı. İşsiz qaldığı o zamanlarda indiki icra başçısı tərcümeyi-halını daha da yaxşılaşdırmaq üçün əlindən gələni etdi. Bundan sonra Fazil Məmmədovun "vurulduğunu" duyan kimi səf dəyişdirdi.
Rəcəb Babaşov illərlə ona himayədarlıq etmiş vergilər nazirindən üz döndərməklə baş dəmiryolçu ilə yola davam etmək qərarına gəldi. Və nəticədə də Cavid Qurbanovun himayəsinə girə bildi. Gundeminfo.az-a danişan mənbə bildirir ki, 2021-ci ildə haqqında daha çox sosial şikayətlər edilən icra başçılarından biri də məhz Rəcəb Babaşovdur.
Hətta rəsmi qurumların da hesabatlarında qeyd edilir ki, R.Babaşovun rəhbərlik etdiyi Qazax rayonunda ciddi narazılıqlar var. Məmurların vətəndaşlarla davranışları, etik qaydalarla bağlı ciddi nöqsanlar aşkarlanıb. Gundeminfo.az bidlirir ki, ötən il adı bir çox qalmaqallarda hallanan, özünə bahalı avtomobil alan, oğlu ilə iddialar səsələnən, Qazax Şəhəri ərazisində bir sıra park və mədəni obyektləri biznes obyektləri üçün satışa çıxaran başçı susur. Susmasına məqsəd kimi də, bundan sonra çox qısa müddətdə vəzifədə qala bilməsi ilə bağlıdır.
Mənbəmiz iddia edir ki, xeyli müddətdir ki, Cavid Qurbanov da Rəcəb Babaşovla salamı belə kəsib. İddia edilənlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
377 dəfə oxundu