Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı

Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı

Keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevin xanımı Lalə Kazımovanın biznes subyektləri çöküş ərəfəsindədir.

Qaynarinfo-ya daxil olan məlumata görə, xanım Kazımovanın nəzarətində olan şirkətlərin geriləməsi Əbülfəs Qarayev nazir kürsüsünü itirdikdən sonra başlayıb.

İddialara görə, şirkətlərin bəzilərinin vergi borcu var, bəziləri isə məhkəmə çəkişmələrinə cəlb edilib.

Araşdırmalarımız zamanı məlum oldu ki, Lalə Kazımovanın qanuni təmsilçisi olduğu "Yol + İlk Elmi Populyar Dərgi Redaksiyası” MMC-nin vergi borcu var. Məlumat üçün deyək ki, sözügedən MMC 29 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.

MMC-nin bu günə olan vergi borcu 2138.20 AZN təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...