İcra başçısı biznesini danır, amma...

Dünən məlumat verərək bildirmişdik ki, Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub. Məlumatda qeyd olunurdu ki, bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb.
O iddia edib ki, keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına "DAŞLI BULAQ -A" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib.
Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı "Daşlı Bulaq" qablaşdırma müəssisəsində qablaşdırılır.
DİA.AZ bildirir ki, bununla bağlı qarşı tərəf olaraq Ağstafa RİH münasibət açıqlamışdı:
https://az.linkedin.com/in/phd-cheshmi-hajiyeva-163545a8
https://dashlibulag.az/az/product
"Məsələ ilə əlaqədar qeyd edirik ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Gədəbəy rayonunda biznesi mövcud deyildir. Məlumatda guya diametri 1 metr olan boru vasitəsi ilə 18 km uzunluğunda su xətti çəkildiyi qeyd olunur. Diametri 1000 millimetr olan boru vasitəsi ilə 1 bulaqdan istehsal müəssiəsinə eyni məhsuldarlıqla su xətti çəkilməsi real deyildir".
DİA.AZ bildirir ki, öz növbəsində informasiyanın qaynağı - araşdırmaçı-jurnalist Cavanşir Həsənli də əks arqumentlərini təqdim edib. C.Həsənli yazır:
"Aşağıda sizə təqdim etdiyim hesab icra başçısının həyat yoldaşı Çeşmi Hacıyevaya məxsusdur. Hesab Azərbaycanda ola bilsin ki, qapalıdır, o səbəbdən icra başçısının həyat yoldaşına məxsus hesabın fotolarını da əlavə edirəm.




https://az.linkedin.com/in/phd-cheshmi-hajiyeva-163545a8
https://dashlibulag.az/az/product"
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
452 dəfə oxundu