Feyziyev ölkədən qaçıb

Feyziyev ölkədən qaçıb
London məhkəməsində Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus milyonlarla vəsaitin taleyi həll olunub.

Vəsaitin böyük hissəsinin üzərinə qoyulmuş yasağın aradan qaldırılması ilə bağlı qərar verilsə də, 5 milyon funtq-sterlinqlə bağlı problem hələ də qalır.

Bununla bağlı millət vəkili yerli mediaya müsahibəsində təsdiqləyib ki, 31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi aparılan araşdırmalarla bağlı öz qərarını elan edib.

Baş verən proseslərlə əlaqədar suallarımıza cavab almaq üçün müraciət etsək də, millət vəkilinin köməkçisi Turan Salamov onun ölkədə olmadığını, hazırda xaricdə olduğunu bildirdi.

Qeyd edək ki, bu gün Milli Məclisin 2022-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilir. Ancaq görünür ki, deputat iclasda iştirak etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...