Zakir Fərəcov nə zaman yola salınacaq?

Zakir Fərəcov nə zaman yola salınacaq?
Yaxın günlərdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir. DİA.AZ bildirir ki, bu barədə hökumətdəki mötəbər mənbə informasiya verib və qaynaq iddia edir ki, onun yerinə hazırda Bakının rayonlarından birinə rəhbərlik edən şəxsin gətirilməsi planlaşdırılır.

Mənbənin dia.az-a söylədikləri: "Söhbət Sabunuçunun icra başçısı Adil Vəliyevdən gedir. Yaxın vaxtlarda Zakir Fərəcov Sumaqyıt ŞİH postundan alınır, onun yerinə isə hazırda Sabunçuya rəhbərlik edən Adil Vəliyev gətirilir".

Xəbəri verən mənbəyə görə, 10 ildir Sabunçuya başçılıq edən Adil Vəliyev barəsində "yuxarılarda" müsbət qənaət mövcuddur.

Qeyd edək ki, Vəliyev Adil Ənvər oğlu - 20 Aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdur.
1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də operator kimi başlayıb.
1978-1980-cı illərdə hərbi xidmətdə olub.
1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib.
1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb.
1992-1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb.
2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri olmuşdur.
2012-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. İki övladı var.

DİA.AZ onu da xatırladır ki, məhz 2012-ci ildən Bakının Nərimanov rayonuna rəhbərlik edən Abdin Fərzəliyev Abşerona göndərildi. Onunla eyni ildə təyinat alan Adil Vəliyevin də anoloji qaydada təkrar etimada layiq görüləcəyi iddia olunur.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...