İcra başçısının avtomobili qəzaya düşdü - VIDEO

İcra başçısının avtomobili qəzaya düşdü -
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin avtomobili qəzaya uğrayıb.

Hadisə Yevlax rayonunun Cəfər Cabbarlı küçəsində baş verib.

Beləki, Hyundai markalı, 09-AA-159 dövlət qeydiyyat nişanlı avtomobil VAZ 21015 markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ 21015 sürücüsü ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi Xəstəxasına çatdırılıb.

Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Hyundai Santa Fe markalı, 09-AA-159 dövlət qeydiyyat nişanlı avtomobil Vidadi İsayevin şəxsi ailə avtomobilidir. (kanal S)

Hadisə yerindən görüntüləri təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
334 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...