Yaşar Həsənov vəzifəsindən azad edildi

Yaşar Həsənov vəzifəsindən azad edildi
Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Gundeminfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...