İki Mehdiyev, eyni ritorika - gömrükdə də dəyişiklik olacaqmı?

İki Mehdiyev, eyni ritorika -
“Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”. Xatırlayırsınızmı? Bu ifadələr Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məxsus idi.

Bu günlərdə gündəm yenə Milli Məclisin üzvləridir. Bu dəfə başqa bir Mehdiyev millət vəkillərini aşağılayır. Saxta deputatlar, trollar adlandırır. Bu isə Azərbaycan Milli Elmlər Akadmeiyasının prezidenti Ramiz Mehdiyevdir.

İki ayrı-ayrı yüksək çinli məmur və ölkənin ali qanunverici orqanını aşağılayan açıqlama. Düzdür Səfər Mehdiyev dediklərini danmağa cəhd etdi. Dedi ki, fikirləri konteksdən çıxarılıb. Lakin sonra susdu. Milli Məclisin spikeri Sahibə Qafarova mətbuata açıqlama verdi ki, Səfər Mehdiyev ona zəng edib deyib ki, deyib ki, jurnalist fikirlərini konteksdən çıxarıb. Ardından isə jurnlait Eynulla Fətullayev açıqlama verərək bildirdi ki, istəsələr söhbətin hər iki tərəfin razılığı ilə audioyazısını da ictimayyətə təqdim edə bilər. Və DGK şefi susdu.

Gundeminfo.az iki Mehdiyev arasındakı paralellik, Milli Məclisə və mediaya qarşı aqressiyanın səbəbini araşdırmağa çalışıb. Bu mövzu ilə bağlı məlumatlı olan yüksək çinli bir məmur saytımıza ilginc açıqlamalar verib. Gundeminfo.az-a bildirib ki, zamanında Aydın Əliyevin birinci müavini olan Səfər Mehdiyev DGK-ya sədr keçmək üçün məhz Ramiz mehdiyevlə uzun və mühim əlaqələr qurub. Fövqəlada hallar naziri Kəmaləddin Heydərova apardığı mübarizəsində Səfər Mehdiyev məhz Ramiz Mehdiyevin imkanlarından yararlanıb. Nəticə isə ortadadır. S.Mehdiyev DGK sədr təyin olunub.

Gundeminfo.az-a danışan mənbə bildirir ki, Səfər Mehdiyevin DGK sədri olmasında əsas rol oynayan şəxs məhz bir zamanlar Prezident Adminstrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev rol oynayıb. Bu gün hər iki şəxsin eyni ritorika ilə Milli Məclis üzvlərinə həqarət etməsi də başa düşükləndir. Məlumata əsasən Səfər Mehdiyev çox yaxın zamanlarda vəzifəsi ilə vidalaşacağını duyub. Bu səbəbdən də onun yenə qalmaqallı açıqlamalar verəcəyi gözləniləndir. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq.

P.S Yaxın günlərdə Səfər Mehdiyevin gömrük sistemində Kəmaləddin Heydərova qarşı başlatdığı savaşın Ramiz Mehdiyevin yardımı ilə necə "uğurla yekunlaşdırdığına" dair məlumatlar verəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...