Rektorla bağlı daha bir iddia - GÖRÜNTÜ
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov işə bir neçə nəfərin köməyilə gedib-gəlir.
Gundeminfo.az xəbər verir ki, bununla bağlı Ölkə.Az-a adının açıqlanmasını istəməyən şəxslərdən biri məlumat verib.
Redaksiyamıza bu ilin fevralında çəkildiyini iddia etdiyi görüntüləri göndərən şəxs iddia edib ki, rektor insult keçirib:
"Akif Süleymanov bir ildən çoxdur ki, ağır xəstədir. O, insult keçirsə də, postundan əl çəkmir, ağır vəziyyətdə universitetə gəlib gedir”.
Videonu göndərən şəxs əlavə edib ki, bundan əvvəl də A.Süleymanovun işə çətinliklə gəlib-getməsini əks etdirən video yayılıb:
“Universitetin mətbuat katibi mətbuata açıqlamasında bildirib ki, sosial şəbəkələrdə göstərilən məlum video görüntülər rektorun təzyiqinin qalxdığı zamana təsadüf edir.
Bununla da onun tamamilə yalan danışdığı növbəti videodan aydın görünür. Göndərdiyim videoda Akif Süleymanovun evdən işə gəlməsi açıq-aydın görünür. Bu görüntülər 2022-ci ilin fevralında səhər saatlarında çəkilib. İş vaxtının səhər saat 9-da başlanmasına baxmayaraq rektor işə vaxtından tez gəlir ki, onu ətrafdakılar görməsinlər”.
Şikayətçinin fikrincə, əmək qabiliyyətini itirmiş şəxs, əmək funksiyalarını yerinə yetirə bilmirsə, onun dövlət qulluğunda rəhbər işləməli deyil.
Sözügedən iddialarla bağlı Azərbaycan Texnologiya Universiteti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
419 dəfə oxundu