Zaqatala "Bazarstore"də yalançı "İvanovka" yağları - Şikayət

Zaqatala "Bazarstore"də yalançı "İvanovka" yağları -
"Zaqatala Bazarstorda "İvanovka nehrə yağı" adı ilə satılan yağın İvanovkaya heç bir adiyati yoxdur. Satıcılar bu yağların İvanovka olduğunu israr etdiklərindən,sertifikatı tələb etdim. Sertifikat məhsula aid olduğundan,satış bölmələrində olmalıdır. Zaqatala "bazarstoru"nda isə tam fərqlidir. Sertifikat nəinki şöbələrdə heç Zaqatala Bazarstorun özündə yoxdur".

Gundeminfo.az xəbər verir ki, bu məlumatı .Zaqatala AİİB-in sədri Əli Abbasov sosial şəbəkə hesabında paylaşıb.

"Beş saatdan sonra istehsalçı şirkətlər alayarımçıq sertifikat göndərə bildilər.Təsəvvür edin,bir sertifikata görə beş saat gözləmək lazım gəlir.Məlum oldu ki,bu yağların həqiqətən ivanovkaya adiyati yoxdur və istehlakçılar aldadılırlar.Bu barədə lazımı dövlət orqanlarına müraciyətim olacaq.Zaqatala AİİB-in sədri olaraq hər kəsi aktiv olmağa səsləyirəm.İstehsalçılar hər vəclə irtehlakçıları aldadaraq daha çox varlanmağa çalışırlar.Bizlər aldadılaraq mənşəyi məlum olmayan məhsullardan istifadə edirik ki,bütün bunlar da sağlamlığımıza ciddi ziyan vurur.Hər kəs şübhələndiyi malın sertifikatın tələb etsə,ödədiyimiz pulun qəbzin tələb etsə,özbaşnalıqlar azalar.Dövlətimiz iş adamlarına hər cürə şərait yaradıb,lakin çoxları bundan sui istifadə edir ki,bu da yolverilməzdır".

Yazıdakı iddialarla bağlı GUNDEMİNFO.AZ olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Zaqatala "Bazarstore"də yalançı "İvanovka" yağları -
Zaqatala "Bazarstore"də yalançı "İvanovka" yağları -
Zaqatala "Bazarstore"də yalançı "İvanovka" yağları -
Zaqatala "Bazarstore"də yalançı "İvanovka" yağları -
Zaqatala "Bazarstore"də yalançı "İvanovka" yağları -
Zaqatala "Bazarstore"də yalançı "İvanovka" yağları -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...