Medianın inkişafına nifrət edənlərin aynadakı əksi

Medianın inkişafına nifrət edənlərin aynadakı əksi


Çox uzun zamandır, 100 ildir ki, Azərbaycanda azad yazar olmaq, azad yazar olaraq qalmaq uğrunda mübarizə gedir. Həsən Bəy Zərdabidən günüməz qədər davam etməkdədir bu mübarizə. Zamanla sosial, iqtisadi və siyasi situatsiyalar dəyişib. Mətbuata münasibət dəyişib. Dəyişməyən bir gerçək var, o da insanların həqiqət axtarışı. Agah olmaq, eşitmək, gerçəkləri dinləmək ehtirası və haqqı yaranışdan insan övladının ən təbbi istəyidir. Mənəvi ehtiyacı və qidasıdır.

Azərbaycan da dnyanın bir parçası olaraq, vətəndaşımız da bu dünyanın öncül xalqlarından birinin nümayəndəsi olaraq bu haqqlarını arzu edir. Dünyanın əksər inkişaf etmiş ölkələrində iqtisadiyyatda infilyasiyadan qorxmurlar. 100 ildir ABŞ infilyasiyadan milyardlar qazanır. Bazar azaddır. İnhisar yoxdur deyə Türkiyə sənayesi, Avropa əsas iqtisadi göstəriciləri xeyli irəliyə yol qət edə bilib.

Təəssüf ki, biz bunu Azərbaycan haqqında deyə bilmirik. İnhisarçılıq hər yerdə var. Gömrükdən başlayır, qiymət bahalaşır, alıcı ucuz almağa çalışır. Bazar bir neçə məmurun əlindədir.

Azərbaycan mediası uğrunda da savaş gedir. İnhisarçılıq savaşı. Media çağdaş dünyamızda sözün əsl anlamında bir biznes platformasıdır. İndi “youtube”, “facebook”, “tik-tok”, “tivtter” kimi qlobal sosial media platformaları Azərbaycanın 10 ildə neftdən gələn gəlirlərindən çox pul qazanıblar. Səbə sadədir – Azadlıq.
Lakin etik qaydalara əməl edərək, şəxsə yönəlik təhqir və şiddət olmadan hər kəs bu platformalarda özünü ifadə edir. Görmək istədiyini axtarır tapır. Baxır, dinləyir, oxuyur. Məhz rəqabət imkanları indi dünyanın əksər media quruluşlarında böyük bir gəlir mənbəyinə çevrilib.

Azərbaycan üçün bəzi fərqli xarakterikliklər ola bilər. Amma Azərbaycan jurnalistlərinin digər ölkə jurnalistlərindən fərqi onadadır ki, Dövlətçilik maraqları ortada olan lazım gələrsə, susmağı da bacarır. Biz bunu 44 günlük Vətən Savaşında gördük. Hətta işimizi-gücümüzü atıb sosial platformalarda ermənilərlə savaşırdıq.
Amma Azərbaycanda bir MEDİA adında qurum var. Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyi adında. Bu qurumun işi mətbuatımızın inkişafına nail olmaq, bu istiqamətdə səmərəli fəaliyyət göstərməkdən ibarətdir. Büdcə vəsaiti ilə qurulmuş bu MEDİA isə əslində hamının deyil. Bəlli bir medianın inkişafına çalışır. Əgər ayda 3 min manat yardım alan, heç yerdən gəliri olmayan, reklam bazarı itirilmiş və ən əsası siyasi və ictimai şərtlər altında çalışan medianın inkişafına nail olmaq arzuları var.

Bu gün Azərbaycanda ən aşağı əmək haqqı alan kontingent arasında jurnalistlər yer alır. Aylıq maksimum 600 AZN. Media bir xəbər saytına aylıq 3 min manat yardım edir və şərt qoyur ki, hər gün ən azı 20 özəl xəbər hazırlamaq lazımdır. Ən azı 3 işçi ilə rəsmi əmək müqaviləsi bağlanmalıdır. MMC, yəni hüquqi şəxs qismində dövlət qeydiyyatından keçməlidir. Ofiz icarələmilidir və sair. Və media inkişaf etməlidir.

Kimsə inciməsin bu şərtlər altında hər gün 20 özəl xəbər və ya məqalə hazırlaq mümkün deyil. Sosial şəbəkələrdəki ictimai adamların statusu, xarici mediadakı xəbərləri “Google translate” ilə tərcümə edib “Mozambikdə avtoqəzada 3 nəfər öldü” tipli yazı yazmaq, 20 özəl yazı istehsal etmək deyil axı.

Və yaxud da rəsmi qurumların xəbərlərini server üzərindən, admin paneldən saat dəyişdirməklə yerləşdirmək uğrunda mübarizə də mediada inkişaf yaratmır axı. Azərbaycan mətbuatı çoxdan müstəqil bazar seqmenti olmaqdan çıxıb.

Digər bir tərəfdən MEDİA jurnalistlər üçün qapalıdır. İstəsəniz MEDİA-nin İcraçı Direktoru Əhməd İsmayılovla görüşməyə cəhd edin. Qəbula yazılmaq lazım gəlir. Siz qəbula elektron qaydada yazıla bilməzsiniz. Ayın ilk və sonuncu həftəsinin cümə günləri qəbul saatı ayrılan Cənab İsmayılovun yardımcı(lar)sına müraciət edin. Sizi ofisə çağıracaqlar. Yəni onlayn qaydada qəbula yazılmaq mümkün deyil. Gedəcəksiniz sizi qəbul yazacaqlar. Amma qəbul zamanı çatanda öyrənəcəksiniz ki, siz hələ növbədəsiniz və bu qəbulda iştirak edə bilməyəcəksiniz. Beləcə jurnalistikadakı statusunuzdan asılı olmayaraq siz ölkə mediasının inkişafına iddialı olan büdcə təşkilatının təhbəri ilə görüşə bilməyəcəksiniz.

Azərbaycan jurnalistləri ilə bağlı rəsmi dəyərləndirmə aparılacaq. Yəqin xəbəriniz var ki, “KİV haqqında” yeni qanun qəbul edilib…

Bu qanuna görə hər bir jurnalist müvafiq olaraq reyestr xidmətinə qoşulmalıdır. Lakin siz qoşulmaya da bilərsiniz. Qoşulmamaq isə o deməkdir ki, bundan sonra rəsmi qurumlarda tədbirə gedə bilməyəcəksiniz, hansısa məmura sual vermək hüququndan məhrum olacaqsınız. Hətta uzaq Qvineyadan gələn jurnalistlər ölkəmizdə keçirilən seçkiləri müşahidə edəcək, yerli olan jurnlaitlər isə əgər reyestrdə yoxdursa, bu hüquqdan məhrumdur.

Görəsən indi Əhməd hardadır…?

Razi Abasbəyli
Gundeminfo.az xəbər portalının təsisçisi




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...