Əvəz Zeynallı saxlanıldı - yenilənib

Əvəz Zeynallı saxlanıldı -
“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı bildirilir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə aktivist İlkin Rüstəmzadə məlumat yayıb.

O qeyd edib ki, Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər.

Eyni zamanda, vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında Baş Prokurorluqdan vəkil olduğu üçün ofisinə axtarışa gəlməklə bağlı ona zəng gəldiyini yazıb.

Əvəz Zeynallı saxlanılıb.

Baş Prokurorluqdan Yeniavaz.com-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
347 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...