Asif Əsgərovun diqqətinə - Nəsimidə gecələr tikinti gedir - VİDEO

Asif Əsgərovun diqqətinə -
Sosial şəbəkələrdə Bakının Nəsimi rayonunda yaşıllıqların kəsilərək yerində obyekt tikildiyinə dair görüntülər yayılıb. GUNDEMİNFO.AZ xəbər verir ki, vətəndaşlar əsasən gecə saatlarında rayon ərazisində yaşıllıqların kəsildiyindən şikayətçidirlər. Videoda qeyd edilir ki, ərazidə yaşıllıq gecə kəsilib, yerində ticarət obyekti tikilib. Ərazinin dəqiq ünvanı göstərilməsə də, Nəsimi rayonu olduğu iddia edilir.

Gundeminfo.az qeyd edir ki, son zamanlar Nəsimi rayonunda qanunsuz tiukinti işlərinin çoxaldığına dair iddialar çoxalıb. Rayonun icra başçısı Asif Əsgərova mediada ünvanlanan suallar isə bir qayda olaraq cavabsız qalır.

Görüntülərdə əks olunan ərazinin ünvanını dəqiqləşdirməyə çalışacağıq. İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...