İnam Kərimov tarixçini aqrar sektora rəhbər təyin edib - İLGİNC İDDİALAR
GUNDEMİNFO.AZ-ın elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından tərəfindən müraciət daxil olub. Müraciətdə qeyd edilir ki, kənd təsərrüfatı naziri İnam Kərimovun aqrar sektorun idarəedilməsi ilə bağlı kadr siyasəti narazılıq doğurub. Müraciətdə qeyd edilir ki bu yaxınlarda Azərbaycan Dövlət Aqrar Universitetinə nazir tərəfindən rektor təyin edilməsi narahatlıq yaradıb.
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun nazir vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılanmışdı.
Ona görə ki, Azərbaycan cəmiyyətində nazirlərin yaşı adətən, 40-60 yaş arası olurdu. İlk dəfə idi ki, bu yaşda gənc nazir təyin olunmuşdu.
İnam Kərimovun çəkmə geyinərək əkin sahələrinə getməsi, qucağına quzu alaraq şəkil çəkdirməsi az müddət ərzində cəmiyyətdə maraqla qarşılandı.
Müəyyən müddətdən sonra məlum oldu ki, bu adam, ümumiyyətlə, aqrar sahəni anlamır. Digər tərəfdən də İnam Kərimov illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı Nazirliyində və xüsusilə də bütün rayonların Aqrar İnkişaf Mərkəzlərinə direktor vəzifələrinə işə götürdü. İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis təyin edib. Bir soruşan yoxdur ki, Cənab Nazir, tarix müəllimi hara, baytarlıq idarəsi hara..?" deyə müraciətdə qeyd edilir.
Daha sonra isə müraciətdə bildirilir ki, özünün saxta maliyyə məsələlərini və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi.
GUNDEMİNFO.AZ-a daxil olan müraciətdə daha sonra bildirilir ki, Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlmatı olmayan yad bir adamdır. Bunlar əyani sübutdurki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox, güclü yerlibazlıq edərək yaxın qohum və əqrabasını müvafiq strukturlara yerləşdirir. Bu da Cənab Prezidentin iqtisadi inkişaf konstenktində apardığı kadr siyasətinə Böyük zərbədir və onun Sərəncamına hörmətsizlikdir.
"ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti olmamışdır. Buna baxmayaraq əvvəlki rektor İbrahim Cəfərovun idarəçiliyi və fəaliyyəti əvəzsiz olmuşdur. Hər gün iclas keçirir və bu saatlarla davam edən iclasların hamısında yalnız özü danışır. Zəfər Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir görüşü olmayıb".
Daha sonra maraqlı bir iddia yer alır müraciətdə: "Zəfər Qurbanov rektor əvəzi təyin olunan kimi sabiq rektor İbrahim Cəfərovu universitetə buraxmamaq haqqında göstəriş verdi. Amma İbrahim Cəfərov həm də müəllimdir axı, rektor işlədiyi müddətdə də öz dərslərini özü tədris edirdi. Respublikada yeganə rektorlardan biridir ki, pandemiya müddətində də öz dərslərini onlayn olaraq keçdi və bu dərslər youtube platformasında var. Digər tərəfdən ADAU-nun inkişafında İbrahim Cəfərovun xidmətləri danılmazdır. Dəfələrlə "Azərbaycan Universitetləri" səhifəsinin tələbələr arasında keçirdiyi rəy sorğusunda "ilin rektoru" adına layiq görülüb. Cənab Prezidentin fərmanı ilə orden və medallara layiq görülüb. Akademiyanın müxbir üzvüdür, bu şəxsi universitetə buraxmamaq nə deməkdir??? "
Daha sonra iddia olunur ki, Zəfər Qurbanov saxta sözlər və saxta vədlərlə vaxt keçirir, belə şəkildə isə ADAU-un inkişafı haqqında ölkə rəhbərinin qarşıya qoyduğu məsələləri həll etmək mümkün deyil. Yüksək ixtisaslı, aqrar sahəni dərindən bilən professor-müəllim heyətinə malik bir universiteti idarə etmək qeyri ixtisas sahibi üçün böyük çətinliklər törədir. Mərhum akademik Cəlal Əliyevin dediyi kimi torpaqda yetişib, torpaqda böyüyən ən azından elmlər doktoru, professorlar bu universitetdə çalışıblar. Ona görə də aqrar sahəni dərindən bilən mütəxəssslər bu universiteti inkişaf etdirə bilər.
Daha sonra müraciətdə sarkazm yer alır. Müraciət müəllifləri yazır: "Seyid Cəfər Pişəvəri adına humanitar gimnaziyanı bitirib fars dili mütəxəssisi olan, daha sonralar Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək beynəlxalq hüquq üzrə mütəxəssis olan bir şəxs aqrar sahəyə necə zərbə vurursa, onun yaxın qohumu, neft sənayesi üzrə mütəxəssis olan Zəfər Qurbanov da ADAU-nu elə məhv edir. Aqrar sahə çox spesifik sahədir, bu sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır, yəni akademik Cəlal Əliyevin ifadəsi ilə desək, idarə edən mütəxəssis “asfaltda yox, torpaqda doğulmalıdır”. Belə sahədə rəhbər, uzun illər kənd təsərrüfatı sahəsində çalışan professorlar, təcrübəli mütəxəssislər olmalıdır. Yalnız belə olsa ADAU inkişaf edəcək, əks halda aqrar sahədən tam xəbərsiz olan Zəfər Qurbanov universiteti tamamilə uçuruma aparacaq. Bu adam sabiq rektor İbrahim Cəfərovun təyin etdiyi, mətbuatda adı mənfi mənada hallanan kadrlar haqqında belə lazımi bir tədbir görmək iqtidarında deyil".
Yazıda qeyd edilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
820 dəfə oxundu