İnam Kərimov şəhid ailəsini də dinləmir - Prezidentə müraciət

İnam Kərimov şəhid ailəsini də dinləmir -

Gundeminfo.az-ın redaksiyasına Tovuz rayonu, Vahidli kənd sakini şəhid və Qarabağ veteranı anaşı Həsənova Ceyran Məhəmməd qızı tərəfindən müraciət daxil olub. Media vasitəsi ilə yayılması istənilən müraciət yenə də kənd təsəsrrüfatı naziri İnam Kərimovla bağlıdır.

Şikayətdə qeyd edilir ki, özü hərbi xidmətdə olmayan, Kənd Təsərrüfatı naziri İnam Kərimov şəhid və Qarabağ veteranı qardaşını, təcrübəli, ixtisasca alim-aqronom və Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçmiş, üç körpə uşaq atası, oğlum Həsənov Naməddin Tofiq oğlunu işdən çıxarıb və bir ildir ki, etdiyimiz yüzlərlə şikayət və müraciətlərə məhəl qoymur.Halbuki Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərqrının 3.2.9. bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa bu halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. İnam Kərimova bir daha xatirladıram ki, Nazirlər Kabinetinin qərarında yazılanlara istisnasız əməl edilməlidir. Oğlumun işlədiyi təşkilatda isə heç bir ixtisar getməyib, əksinə idarə daha da genişləndirilib, ən maraqlısı isə budur ki, həmin idarədə respublika üzrə yeganə şəhid və Qarabağ veteran qardaşı mənim oğlumdur və o da işdən azad olunub. İnam Kərimov işlədiyi dövrdə nazirliyin kadr korpusunu məhv edərək, qeyri-ixtisas sahibi olan öz yaxın qohum və yerlilərini işlə təmin edərək xor və ailə ansamblı yaradıb. İnam Kərimovun ailə ansanblı isə dövlətə külli miqdarda ziyan vuraraq büdcəni qarət edib".

GUNDEMİNFO.AZ-a ünvanlanan müraciətdə daha sonra bildirilir ki, nazirin yaxın qohumlarından biri Ağstafa rayonunda həm atçılıq , həm də qoyunçuluq təsərrüfatının rəhbəri, digər qohumu tarix müəllimi Tərəvəzçilik institutunun direktoru, müavin və idarə rəisləri isə hüquqşünas, regionşünas, politoloq, neftçi, riyaziyyat, coğrafiya və əlifba müəllimləridir. Bir sözlə Kənd Təsərrüfatı nazirliyində bir nəfər də olsa kənd təsərrüfatı mütəxəssisi qalmayıb və İnam Kərimov kənd təsərrüfatı mütəxəssislərinə qənim kəsilib.

"Bildirirəm ki, Biləsuvar rayonunun həbs olunan icra başçısının qara kassası, oğlu Bakı şəhərində 100 min manatlıq maşında gəzən, Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri Rəfael Quliyevin bir il ərzində bizə ünvanladığı saxta və sərsəri cavab məktubları bizi intihar həddinə çatdırıb. Onu da qeyd edirəm ki, Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Rəşad Vahabzadənin oğlumdan 25000, Tərtər rayonunda toxumçuluq təsərrüfatının rəhbərindən 58000 manat rüşvət tələb etməsi barədə etdiyimiz müraciətlər nəticəsiz qalıb. Hətta Baş prokurorluğa müraciət edərək bildirmişəm ki, Tərtər rayonundan fermer 4 iyul 2022-ci il tarixdə saat 9 radələrində 0504592000 telefon nömrəsi ilə oğlumun 0502443499 nömrəsinə zəng edərək bildirib ki, Rəşad Vahabzadə məndən də 58000 manat tələb edir və bildirir ki, pulun 10000 mataı mənimdir, qalan hissəsi yuxarınındır, gəlin birləşək şikayət edək. Mən həmin telefon danışıgının araşdırilmasını tələb etsəm də heç bir tədbir görülmədi. Bundan əlavə bildirirəm ki, Rəşad Vahabzadə tabeliyində olan Ağdam Dövlət Sort Sınaq Məntəqəsində 2021-ci ildə yetişdirilmiş 76 ton təmiz pambıq məhsulunun subsidiyasını, həmin məhsulun əkin subsidiyasını və digər aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitləri özü mənimsəyib. 2022-ci ildə isə yenə Ağdam Dövlət Sort Sınaq Məntəqəsində yetişdirilmiş 70 ton buğda məhsulunu, Zaqatala DSSM-dən isə tonlarla fındıq məhsulunu heç bir sənədləşmə aparılmadan Bakı şəhərinə aparıb satdıraraq pulunu mənimsəyib. Rəşad Vahabzadə 30 sentyabr 2022-ci il tarixdə video-formatda iclas keçirərək qanuna zidd olaraq işçilərə bildirib ki, sizə Sort Sınaq Məntəqələrində başqa işlərə qarışmağa icazə vermirəm, siz yalnız qruntda morfoloji xassələri müəyyən edə bilərsiniz. Qruntda morfoloji xassə yəqin Rəşadın yeni ixtirasıdır. Əbləh, savadsız və qeyri-ixtisas sahibi olan Rəşad Vahabzadəyə izah edirəm ki, qrunt nəzarətində sort əsilliyi müəyyən edilir".

GUNDEMİNFO.AZ vasitsəilə dövlət başçısına ünvanlanan müraciətin sonunda şəhid ailəsi olaraq ona köməklik göstərilməsini xahiş edir:

Cənab prezident!
Kənd Təsərrüfatından heç bir anlayışı olmayan, quzunu qucağına basaraq şəkil çəkdirib görüntü yaradan, Şəhid və Vətən məvhumuna hörmət qoymayan İnam Kərimov haqqında tədbir görməyinizi Sizdən xahiş edirəm. Əks təqdirdə ölkəni ərzaq böhranından xilas etmək mümkün olmayacaq.

Yazıdakı iddialarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

İnam Kərimov şəhid ailəsini də dinləmir -
İnam Kərimov şəhid ailəsini də dinləmir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...