Xalid Əhədov Prezidentə köməkçi təyin edildi

Xalid Əhədov Prezidentə köməkçi təyin edildi
Prezident İlham Əliyev Xalid Əhədovla bağlı Sərəncam imzalayıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, Sərəncamla Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü X.Əhədov ölkədə iqtisadi təhsil alandan sonra Avropada oxuyub. Müxtəlif illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarda yüksək vəzifələrdə çalışıb. O, keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...