Böyük Qaydış

Böyük Qaydış

Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev yerli və xarici mediya nümayəndələri ilə keçirdiy mətbuat konfransında işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər haqqında da kifayət qədər ətraflı məlumat vermişdir. Azərbaycan dövləti Böyük Qayıdış planını uğurla həyata keçirmək üçün xüsusi tədbirlər hazırlamışdır. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yerli şirkətlərlə bərabər xarici şirkətlərin fəaliyyətindən də yaralanacağıq. Belə ki, Azərbaycan sərmayədarlar üçün artıq daha maraqlı ölkədir.

Qurulucaq infrastruktur bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaqdır. Fizulidə tikiləcək beynəlxalq aeroportla yanaşı, Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Salınacaq yollardan birinin “Qələbə yolu” adlandırılacaqdır. Çəkiləcək digər yol isə aeroportdan birbaşa gediş-gəlişi təmin edəcəkdir. Əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların və digər ölkələrin vətəndaşlarının Qarabağa gəlmək imkanlarını təmin etməkdir.

Qarabağda erməni vandallarının dağıtdığı şəhər və kəndləri bərpa etmək üçün meqaiqtisadi layihələr icra olunacaqdır. Viranəyə çevrilmiş bütün şəhərlərin baş planları tərtib olunacaqdır. Baş planların tərtibatı zamanı müharibədən əvvəlkli və indiki əhalinin sayı nəzərə alınacaq. Belə ki, müharibədən əvvəl Ağdam şəhərində təqribən 40 minə yaxın insan yaşayırdı. İndi isə əhalinin sayı 50 mindən

çoxdur. Deməli, ən azı 50 min nəfərin yaşadığı, bəlkə də 70 min nəfərin yaşayacağı bir şəhər planlaşdırılmalıdır və onun infrastrukturu yaradılmalıdır. Şəhərdə yaşayış evləri ilə bərabər məktəblər, xəstəxanalarvə digər mədəni-məişət binaları da tikilməlidir. Bu isə kifayət qədər uzun zaman və sərmayə tələb edir.

Azərbaycan Prezidentinin bəyan elədiyi kimi, biz bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb edəcəyik. Əsas üstünlük dost ölkələrdən olan şirkətlərə verilicək. Görüləcək işləri vaxtında və kefiyyətlə yerinə yetirmək üçün şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq verilmişdir. Görüləcək işin həcmi çox böyükdür, çünki azad edilən ərazilər 10 min kv.km.-dən çoxdur. Deməli, Azərbaycanın bütün dostları üçün kifayət qədər görüləsi işlər vardır.

Bilirik ki, bərpa olunacaq ərazilərdə yeni iqtisadi imkanlar yaranacaqdır. 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtinə görə inşa olunacaq Mehri dəhlizi Avrasiya üçün yeni bir “nəqliyyat damarı” olacaqdır. Həmin layihənin icra olunması ümumilikdə regionun geosiyasi statusunu dəyişdirəcəkdir.

Ali baş Komanda İlham Əliyevin rəhbərliyi altında azərbaycan ordusunun müzəffər qələbəsi sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilmişdir. İndi xarici sərmayədarlar Azərbaycana daha fəal şəkildə sərmayə qoymaqda maraqlı olacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski demək olar ki, sıfra bərabərdir. Azərbaycan tərəfi sülhsevər olduğu üçün heç bir təcavüzkar hərəkətə yol verməyəcəkdir.

Adətən irimiqyaslı layihələr daha böyük maliyyə vəsaitləri tələb edirlər. Qarabağda bərpa işlərini həyata keçirmək üçün hazırlanacaq layihələrin icrasından ötrü bir neçə milyard dollar vəsait lazımdır. Hazırda üç hava limanı inşa edilir və ola bilsin ki, gələcəkdə də inşa olunsun. Mehri dəhlizinin aşılması üçün 100 kilometrlərlə dəmir yolu çəkilməlidir.

Şəhərlərarası və kəndlərarası avtomobil yollarını bərpa etmək üçün bəlkə də minlərlə kilometr yol çəkilməsi tələb olunacaqdır. Bütün kəndlərə asfalt yolun çəkilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulub ki, bütün bölgələrdə elektrik enerjisinin təminatı ilə bağlı layihələrin icrası bu ilin sonuna qədər başa çatdırılsın.

Qayıdacaq əhali içməli su ilə təmin olunmalıdır. İnsanları işləməsi üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Geriyə qayıdacaq bir milyona yaxın insanları yerləşdirmək üçün böyük inşaat layihələri həyata keçirilməlidir.

Nərimanov rayonun fəal gənci Teymur Mustafayev

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6195 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...