Baş Prokurorluq Türkan Gündüzün qətli ilə bağlı müraciət yaydı

Baş Prokurorluq Türkan Gündüzün qətli ilə bağlı müraciət yaydı
Baş Prokurorluq jurnalistlərə müraciət edib.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, mayın 7-də tanınmış həkim Türkan Gündüzün qətli ilə bağlı şəxsi məlumatların ictimailəşdirilməsi yolverilməzdir:

"Xəbər verildiyi kimi, mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılıb. Təəssüflə bildiririk, Media haqqında Qanunun 14.1.8-ci maddəsinə əsasən şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılması yolverilməz hesab edilməsinə baxmayaraq, bəzi media subyektləri və jurnalistlər tərəfindən qanunvericilyin tələbləri kobud şəkildə pozularaq zərərçəkmiş və təqsirləndirilənin şəxsi və ailə həyatına dair müxtəlif məzmunlu məlumatlar ictimailəşdirilib.
Ətraflı

Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya məhkəmənin icazəsi ilə yayılmalı olduğu halda qeyd olunan tələblərə əməl edilməyib. Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...