Meyitlərin qızıl dişlərini çıxarıb satan “qəbirqazanlar” tutuldular –

Meyitlərin qızıl dişlərini çıxarıb satan “qəbirqazanlar” tutuldular –
Salyan Rayon Polis Şöbəsinə rayonun Arbatan və Kürqaraqaşlı kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda iki qəbrin naməlum şəxs və ya şəxslər tərəfindən qazılması, eləcə də dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan GUNDEMİNFO.AZ verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və hadisəni törədənlərin müəyyən edilərək saxlanılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılan tədbirlər nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən şəxslərin Abşeron rayon sakinləri Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov olduqları müəyyən edilib və onlar saxlanılaraq Salyan RPŞ-nə gətiriliblər.

İlkin dindirilmə zamanı hər üç şəxs törətdikləri əməli etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Abasov, X.Mustafayev və R.Elyasov mayın 7-də gündüz saatlarında rayonun Arbatan kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək sonuncunun vəfat edən bibisinin məzarı qazıb, onun 4 qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə adı çəkilən şəxslər rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək bu səfər başqa bir məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər. Hadisədən sonra rayonu tərk edən dəstə üzvləri qızıl dişləri sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.
Saxlanılan zaman A.Abasovdan və R.Elyasovdan narkotik maddə olan heroin də aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Meyitlərin qızıl dişlərini çıxarıb satan “qəbirqazanlar” tutuldular –
Meyitlərin qızıl dişlərini çıxarıb satan “qəbirqazanlar” tutuldular –
Meyitlərin qızıl dişlərini çıxarıb satan “qəbirqazanlar” tutuldular –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...