““DOST” Agentliyinə işə düzəldəcəm” deyərək 8 minini aldı

““DOST” Agentliyinə işə düzəldəcəm” deyərək 8 minini aldı
Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Səlimə Əliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

İttihama görə, 1965-ci il təvəllüdlü Səlimə Əliyeva zərərçəkmiş Əminə Quliyevanın (şərti) etibarından sui-istifadə etməklə onu 8000 manat pul müqabilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyinə işə düzəldəcəyi adı ilə aldadıb. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişdən 2021-ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə ərazisində bu adla 8000 manat pulunu alaraq ələ keçirib. Daha sonra o, verdiyi vədə əməl etməyib. Hazırda Əminə Quliyevaya dəymiş ziyan tam ödənilib. O, təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...