Sabirabadda narkotiklərin qanunsuz dövriyyəsinə görə 30 nəfər saxlanılıb

Sabirabadda narkotiklərin qanunsuz dövriyyəsinə görə 30 nəfər saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat xidmətindənGUNDEMİNFO.AZ-a bildirilib ki, şöbə əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 30 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 18 kiloqramdan artıq olan çətənə kolu, 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Həmçinin, qeyd edilən dövr ərzində rayon ərazisində oğurluq faktları törədərək zərərçəkmişlərə maddi ziyan vuran 5, adam oğurluğu cinayəti törədən 3 nəfər şəxs də müəyyən edilərək istintaqa təqdim olunub.

Aşkarlanan bütün faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...