Ermənistanda terror aktı hazırlayan cinayətkar dəstə saxlanıldı – Fotolar

Ermənistanda terror aktı hazırlayan cinayətkar dəstə saxlanıldı –
Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində terror aktının hazırlanması faktı aşkar edilib.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“İbtidai istintaq zamanı aparılmış sübut və digər prosessual hərəkətlər nəticəsində müəyyən edilib ki, A.M., S.M., E.T., V.O., K.S. və şəxsiyyəti istintaq tərəfindən hələ də müəyyən edilməmiş digər şəxslər ilkin sui-qəsd əsasında 2023-cü ildə partlayış və digər ictimai təhlükəli əməllər törətməyi planlaşdırıblar”, - məlumatda deyilir.
Məlumata görə, dövlət və digər əhəmiyyətli obyektlərin ələ keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin pozulması, mülki şəxslərin həyatına qəsd edilməsi, külli miqdarda maddi ziyan vurulması və digər ağır nəticələrlə müşayiət olunan hərəkətlər nəzərdə tutulub. Bu hərəkətlər Milli Təhlükəsizlik Xidməti tərəfindən müəyyən olunduğundan həyata keçirilməyib.
Qeyd olunub ki, cinayət işi çərçivəsində əldə edilmiş faktlar və məlumatlar əsasında cinayətkar qrupun 5 üzvü barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, cinayətkar dəstənin üzvlərinin ünvanlarında, onlara bitişik tikililərdə axtarışlar aparılıb, nəticədə odlu silah, döyüş sursatı, 1 ədəd partlayıcı qurğu, 1 ədəd iki başlıqlı raket qurğusu, bir uçan aparat və sonuncuya məxsus olduğu iddia edilən iki irili-xırdalı stasionar qaz balonları, manometrli iki ədəd deşici alət, taxta saplı iki deşici alət, döyüş sursatı hissıləri ilə dolu çanta, zirehli geyimlər, hərbi geyimlər, nişanalma cihazı, əl qandalları, telekommunikasiya vasitələri, videomüşahidə cihazlar, kompüterlər, mobil telefonlar, elektron disklər, onlarla rabitə operatorlarının qapalı qutuları, istifadə olunmamış telefon kartları, günəş batareyaları, müxtəlif qeydlər olan noutbuklar, terrorçuların terrora hazırlıq hərəkətlərinə dair açıq və gizli qeydləri olan sənədlər və s. ələ keçirilib.
Axtarışlar zamanı aşkar edilən qeydlər və digər materiallar araşdırıldıqdan sonra məlum olub ki, hazırlanan terror əməliyyatı “Şimal yarpağının düşməsi” adlandırılıb və bu əməliyyat daha geniş kütlələri terror aksiyalarına cəlb etmək üçün planlaşdırılıb.
Cinayət fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ilkin tibbi yardım vasitələrinin əvvəlcədən alınması, habelə cinayətkar qruplaşma üzvlərinin ailələrinin Gürcüstana aparılması da nəzərdə tutulub.
Hadisənin tam şəraitinin, həmçinin cinayətkar qrupun tam əhatəsinin müəyyən edilməsi üçün əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ermənistanda terror aktı hazırlayan cinayətkar dəstə saxlanıldı –
Ermənistanda terror aktı hazırlayan cinayətkar dəstə saxlanıldı –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...