Elçibəyin müşavirini qəzada vuran şöbə müdiri: “Niyə bundan yazmırlar?”
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri (KTM) Azər Maqsudov noyabrın 15-də Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törətsə də, saxlanılmayıb, işinin başındadır.
Gundeminfo.az Cebhe.info-ya istinadla xəbər verir ki, qəza 1956-cı il təvəllüdlü, bir zamanlar Əbülfəz Elçibəyin müşaviri olmuş Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.
Qəzadan sonra A.Maqsudov özü A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Azər Maqudovun hazırda işinin başında olduğuna dair xəbərlər yayılıb. Öz açıqlamasında o bildirib ki, iş başında olub-olmaması insanlara maraqlı olmamalıdır:
"İllərdir ki, bu xalqa xidmət edirəm. Niyə bundan yazmırlar? Niyə bununla maraqlanmırlar? Mən işimin başındayam, ya yox, bu məlumat niyə maraqlıdır? Bu haqda heç bir mediaya açıqlama verməyəcəyəm".
Qeyd edək ki, Azər Maqsudov daha əvvəl göstərdiyi effektiv fəaliyyətinə, yüksək peşəkarlığına görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
484 dəfə oxundu