Bakıda məsciddə dəhşətli qətl – Vətən müharibəsi iştirakçısı saxlanılıb - FOTO

Bakıda məsciddə dəhşətli qətl –
Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb. 1990-cı il təvəllüdlü Səfərov Natiq Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.

Məlumata görə, qətlə yetirilən şəxs kənddə hörmətli biri kimi tanınıb.

Qətli törədən şəxsin Vətən müharibəsi iştirakçısı, qazi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...