Bakıda yenə sərnişin avtobusu qəzası yaralı var

Bakıda yenə sərnişin avtobusu qəzası

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Bayıl ərazisində “Tarelka” adlanan ərazidə 5 saylı avtobus dərəyə aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə qəza barədə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, qəza avtobusun sərt döngəni dönərkən əyləc sisteminin işləməməsi səbəbindən baş verib. “Qəza baş verərkən avtobusun içərisində sərnişin olub. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb.”, - deyə Vüqar İbrahimli bildirib.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...