Bakıda tanışını döyən şəxs məhkəmə zalında həbs edilib

Bakıda tanışını döyən şəxs məhkəmə zalında həbs edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hafiz Binnətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Binnətov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Bakının Nəsimi rayonunda baş verib. H. Binnətov mübahisə zəminində tanışı Vüsal Ağayevi döyərək, ona ağır bədən xəsarətləri yetirib. V. Ağayev aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...