Bakıda kişi özünü 17-ci mərtəbədən atıb

Bakıda kişi özünü 17-ci mərtəbədən atıb
Bakıda naməlum kişi intihar edib. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. 25-30 yaşlarında naməlum kişi Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü atıb. Hadisə yerində keçinən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...