İş adamının qardaşının oğurlanmasına görə 18 il axtarılan şəxs həbsdən azad edildi

İş adamının qardaşının oğurlanmasına görə 18 il axtarılan şəxs

1999-cu ildə Bakıda adam oğurluğunda iştirak edən şəxsin məhkəməsi davam edib. O, 18 il sonra həbs edilib. O, dəstənin qaçmağı bacaran, elə Azərbaycanda gizlənən üzvlərindən biri olub. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən 1969-cu il təvəllüdlü Süleymanov Məzahir Alı oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə Məzahir Süleymanov son sözlə çıxış edib. O, ailə vəziyyətinin nəzərə alınmasımı xahiş edib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən M.Süleymanov batəsində cinayət məsuliyyətinə cəlbetmə müddəti başa çatdığından Onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməyib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bildirək ki, bu iş üzrə tutulan dəstə üzvlərinin hamısı 5-14 il müddətinə azadlıqdan məhrum ediliblər və cəzalarını çəkərək azadlığa çıxıblar. İttihama görə, Məzahir Süleymanovun da üzvü olduğu dəstə Bakı şəhər sakini Tofiq Hüseynovun oğurlanmasını və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi planını 1999-cu ildə hazırlayıb. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar.

Dəstənin əsas üzvləri Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri də cəlb edərək sabit silahlı qrup-banda təşkil ediblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov, Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.

Məmmədmirzə Hüseynovun qardaşı Tofiq Hüseynovun oğurlanması üçün ediləcək silahlı basqına hazırlıqla əlaqədar Ülfət Xudiyev təşkilatçı kimi Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Mübariz Azayev və Müslüm Yəhyayevlə birlikdə bandanınn digər üzvləri ilə telefon əlaqələri, şəxsi görüşlər vasitəsi ilə apardıqları müzakirələrdən sonra vəzifə bölgüsü aparıblar.

Onlar Binə qəsəbəsində, Xəqani küçəsinin girəcəyində, Tofiq Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsib, onu döyərək oğurlayıblar. Dəstə üzvləri oğurladıqları şəxsin qardaşı Məmmədmirzə Hüseynovdan tələb edilən məbləğ 1 milyon 500 min dollar olub. Bildirək ki, dəstənin başçılarından biri olan kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur.

Qardaşı oğurlanan Məmmədmirzə Hüseynov isə o zaman “Binə” yarmarkasının sahiblərindən biri olub. M.Süleymanov 1999-cu ildən axtarışda olduğu müddət ərzində Azərbaycanda olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1126 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...