Vidadi Zeynalov daha bir mülkünü həbsdən azad etdirir

Vidadi Zeynalov daha bir mülkünü həbsdən azad etdirir

Nəqliyyat, Rabitə və Yüksək Texnlogiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun barəsində çıxarılan məhkəmə qərarından kasasiya şikayəti verilib. Ali Məhkəmədən Axar.az-a verilən məlumata görə, Vidadi Zeynalovla bağlı verilən kasasiya şikayəti noyabrın 27-də məhkəməyə təqdim edilib.

İş hakim Əli Seyfəliyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Vidadi Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. Onlar şikayətlərində əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər.

Qeyd edilib ki, Vidadi Zeynalovun baba evi, yəni 1923-cü ildə alınmış mənzil hələ də həbsdən azad edilməyib.
Amma Vidadi Zeynalov özü cəza ilə bağlı heç bir şikayət verməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun cəzası 4 ilə endirilib.

Vidadi Zeynalola birlikdə mühakimə olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, məhkəmənin qərarına əsasən, Vidadi Zeynalovun 2009-cu ilə qədər əldə olunan əmlakları üzərindən həbs götürülüb və müsadirə olunması barədə təqdimat dayandırılıb. İttiham aktında cinayət işi 2009-2015-ci illəri əhatə edir. İttihamdan qabaq əldə olunan əmlaklar məhkəmənin qərarı ilə həbsdən azad olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...