Bakı-Tbilisi-Qars dəmiryolunun relsləri oğurlandı

Bakı-Tbilisi-Qars dəmiryolunun relsləri oğurlandı

Gürcüstan DİN mətbuat xidmətinin məlumatına əsasən, Bakı-Tbilisi-Qars dəmiryolunun Marabda-Kartsaxi məntəqəsində relslərin oğurlanmasında ittiham edilən üç nəfər saxlanılıb.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, cinayət əməli noyabrın 21-də Ninotsminda şəhərinin (Samtsxe-Cavaxeti regionu) yaxınlığında baş verib, lakin bu barədə yalnız bu gün məlumat verilib.

Saxlanılanların hamısı “Demiriol serviz” şirkətinin əməkdaşlarıdır. Marabda-Kartsaxi məntəqəsində dəmiryol relsləri məhz bu şirkətə məxsusdur.

Oğurlanmış relslər cinayəti sübut edən dəlil kimi götürülüb. Saxlanılanlar barəsində cinayət işi qaldırılıb.

Qeyd edək ki, Gürcüstanın Samtsxe-Cavaxeti regionu ermənilərin kompakt yaşadığı ərazidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...