Salyan sakini oğurladığı 4 min manatı yerə basdırdı

Salyan sakini oğurladığı 4 min manatı yerə basdırdı

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, dekabrın 9-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Salyan Rayon Polis Şöbəsinə rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanmağı barədə məlumat daxil olub.

RPŞ-yə dəvət edilən P.Nağıyeva pulunun bir gün əvvəl Lənkəranda olduğu müddətdə oğurlandığını bildirib. Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Həsən Qəmbərov şübhəli şəxs qismində saxlanılıb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Ətrafında aparılan tədbirlərlə onun oğurladığı pulun 400 manatını yaşadığı həyətdə basdırdığı müəyyən edilib və həmin pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...