Qubada maskalı şəxs bankomatı qarət etmək istəyərkən cinayət başında tutulub

Qubada maskalı şəxs bankomatı qarət etmək istəyərkən cinayət başında tutulub

Qubada bankomatı qarət etmək istəyən şəxs tutulub. APA-nın məlumata görə, hadisə Quba rayon avtovağzalı ərazisində qeydə alınıb. Banklardan birinin köşkündə quraşdırılmış bankomatı qarət etmək istəyən Asim Cabbarov cinayət başında tutulub. Ondan bıçaq, dəmir ling, qara maska və əlcək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1380 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...