Qazaxıstanda qarlı havaya görə məktəblər bağlandı

Qazaxıstanda qarlı havaya görə məktəblər bağlandı

Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblər bağlanıb.

Trend-in məlumatına görə, yanvarın 22-dən hava şəraiti kəskin pisləşib. Bu səbəbdən bütün məktəblərdə və kolleclərdə dərslər dayandırılıb.

Bir müddət əvvəl Akmola, Pavlador və Şimali Qazaxıstan vilayətlərində məktəblərin bağlandığı bildirilmişdi.

Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yanvarın 11-də Astana vilayətində fövqəladə vəziyyət elan edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1021 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...