Hakim 156 qıza təcavüz edən həkimə: “Ölüm fərmanını imzaladım”

Hakim 156 qıza təcavüz edən həkimə:

ABŞ-da gimnastika komandasının idman həkimi Larri Nassara 175 il həbs cəzası verilib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, 156 gimnast qıza təcavüz edən həkimə cəza verildikdən sonra hakim maraqlı ifadə işlədib: “Sənə cəza vermək mənim üçün şərəfdir. Həyatın boyu bir daha həbsxanadan çıxmağa layiq deyilsən. Bir az əvvəl ölüm fərmanını imzaladım”.
Nassarın gələn həftə daha bir məhkəməyə çıxacağı və bənzər cinayətlərdən ifadə verəcəyi gözlənilir.
Bundan əvvəl onun 4 atlet qıza tibbi müalicə adı ilə təcavüz etdiyi də məlum olmuşdu.

Nassar, uşaqlara qarşı təcavüz şəkillərini yaymağa görə 60 il həbs cəzasına məhkum edilmiş, eyni zamanda atlet qızlara təcavüz etdiyini qəbul etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...