Fərman Ceyranlıya fevralın 8-də hökm oxunacaq

Fərman Ceyranlıya fevralın 8-də hökm oxunacaq

Tbilisi şəhər Məhkəməsi “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökmü fevralın 8-də elan edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, məhkəmənin bu gün keçirilən iclasında vəkil yekun çıxış edib.

Qeyd edək ki, cərrah F. Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub. O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. İttiham üzrə azərbaycanlı həkim 6 ildən 9 ilədək azadlıqdan məhrum oluna bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...