"Bunu tikə-tikə etsələr, oğlum geri qayıtmayacaq"- "Dəmirçi Plaza"dakı qətl

"Bunu tikə-tikə etsələr, oğlum geri qayıtmayacaq"-

"Dəmirçi Plaza"da qətl törədən şəxsin məhkəməsi davam edib. Onun səhhəti ilə bağlı ekspertizanın rəyi məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında Elşən Bəşirovun 20 il müddətinə azadlıqdam məhrum edilməsini istəyib.

Ölən şəxsin hüquqi varisi Xalid Ağayev isə təqsirləndirilən şəxsə ömürlük cəza istəyib: "Bunu tikə-tikə eləsələr belə oğlum geri qayıtmayacaq. Amma ittiham üzrə yazılmış 7 maddə ilə cəzasını alsın. Az da olsa hirsimiz soyusun. Ömürlük cəza almasını istəyirəm. Mən bunu o zaman bağışlayardım ki, əgər o oğlumu 4 güllə ilə uzaqdan vuraraq öldürərdi"

Təqsirləndirilən çəxsin vəkili çıxış üçün vaxt istəyib. Proses fevralın 21-ə təyin edilib.

Hadisə ötən il, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib.

Qeyd edilən şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

O, qətli "Kobalt" markalı tüfənglə törədib. İttihamda yazılır ki, E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb, ofisə gəlib. Ofisdə Əli Ağalını qətlə yetirib.

E.Bəşirov ittiham üzrə özünü qismən təqsirli bildiyini və psixoloji xəstəliyinin olduğunu deyib.

Bəşirov bildirib ki, bir neçə il həmin ofidə işləyib: "Məni işə Eminağa düzəldib. Mənim dostumdur. Şirkətin rəhbəri ərəb idi. Eminağa onun tərcüməçisi idi. Rəhmətə gedən Əli Eminağa ilə yola getmirdi. Həmişə pirinsip aparırdı. Onun dalınca danışırdı, maşında onu söyürdü. Mən də sürücü idim. Qəbul edə bilmirdim. O mənimlə də ədavət aparırdı. Çünli məni işə Eminağa düzəltmişdi. Emibağanın da rəhbərimiz olan ərəblə münasibəti yaxşı idi. Əli də bununla barışa bilmirdi. Əli şirkətdə direktor olanda mənimlə ədavətini artırdı. Mən də səbəbini soruşanda heçnə demirdi. Ancaq müdirin və Eminağanın arxasınca danışırdı".

E.Bəşirov əlavə edib ki, hadisə günü Əli ilə birlikdə hava limanına gedirmişlər: "Əli və digər iş yoldaşım Natiqlə hava limanına gedirdik. Yolda Əli yenə də eyni söhbətləri etməyə başladı. Deyirdi ki, "savadsızlar, qanmazlar gəıib vəzifədə oturur, biz savadlılar kənarda qalırıq" Başladı, Eminağanın ünvanıma xoşagəlməz sözlər deməyə. Mən ona xəbərdarlıq elədim. Dedim ki, yol gediriksəl, belə söhbətləri eləmə. Natiq də başladı gülməyə. Artıq mənə psixoloji təsir etməyə başladılar. Mənim əvvəl də psuxoloji problemlərim var idi. Artıq bu söhbətlər məni təngə gətirmişdi. Maşını saxlayıb dedim ki, aşağı düşsün. Düşmədi. Mən də qapını açıq, yaxasından titub yerə düşürtdüm. Natiq də düşdü. Maşına minib qapını örtdüm. Sürmək istəyəndə gördüm ki, Əli təpikləməyə başladı. Qapını açıb mənə yumruq, təpik zərbələri vurdu. Aşağı düşüb əlbəyaxa olduq. Natiq də sağ qolumu tutib burdu. Əli də məni vururdu. Amma ifadəsində deyir ki, guya bizi aralaşdırırmış. Sonra rəhbərlik bu söhbəti bildi. Məni çağırıb söhbət elədi. Dedim ki, əgər narazısınısa, mən işdən çıxaram. Dedilər ki, işdən çıxmırsan, sabah gələrsən Əligil də gələr danışarıq".

E.Bəşirov səhər ofisə gələndə Əli ilə aralarında mübahisə yenidən başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...